Almaniya - Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşdi

 22:47 19.06.2024     329

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Almaniya - Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Redaktor.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundestimin heyətində İlkay Gündoğan qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

33 yaşlı yarımmüdafiəçi Macarıstanla matçda komandasının ikinci qolunun müəllifi olub.

Vumart və Güvən reklamı Vumart Güvən