Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb.
Redaktor.az xəbər verir ki, C qrupunun oyununda heç-heçə qeydə alınıb - 1:1.
Hesabı ingilislər açıb. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə "status-kvo" bərpa olunub. Morten Yulmann adını tabloya yazdırıb.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyeva olub.
1 |
İngiltərə |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
2 |
Sloveniya |
2 |
0 |
2 |
0 |
2-2 |
2 |
3 |
Danimarka |
2 |
0 |
2 |
0 |
2-2 |
2 |
4 |
Serbiya |
2 |
0 |
1 |
1 |
1-2 |
1 |