Mbappe meydana nə vaxt çıxacaq?
AVRO-2024-ün qrup mərhələsinin ilk turunda burnu qırılan Kilian Mbappenin meydana çıxacağı ilk oyun bəlli olub.
Redaktor.az xəbər verir ki, hücumçunun “Paderborn”un U-21 komandası ilə yoxlama matçında iştirakı planlaşdırılır.
Fransa yığması dünya və Avropa çempionatlarının final mərhələlərinin gedişində belə oyunlar keçirməsi ənənəvi hal alıb. Belə görüşlərdə ehtiyat oyunçular iştirak edirlər. Bu, onların oyun praktikası qazanması baxımından vacibdir. Kilianın qoruyucu maska ilə oynamağa öyrəşməsi üçün “Paderborn”un gənclərinə qarşı forma geyinməsinə qərar verilib.
Qeyd edək ki, Avstriya ilə matçda (1:0) burnu qırıldığı üçün əvəzlənən Mbappe Niderlandla görüşü (0:0) buraxmalı olub.