“Bavariya”nın məşqçisi 57 yaşında öldü
Almaniyanın “Bavariya” komandasının fiziki hazırlıq üzrə məşqçisi Tomas Vilhelmi vəfat edib.
Redaktor.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 57 yaşında ölüb.
Tomas Vilhelmi 2007-ci ildən “Bavariya”da fiziki hazılıq üzrə məşqçi vəzifəsində çalışıb.