Pyaniç Birləşmiş Ərəb Əmirlikləri klubundan ayrıldı

 23:45 23.06.2024     257

Mərkəz yarımmüdafiəçisi Miralem Pyaniç Birləşmiş Ərəb Əmirliklərinin "Şarja" klubundan ayrılıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı oyunçunun klubla müqaviləsi başa çatıb.

Bosniyalı futbolçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi vurğulanıb.

Pyaniç "Barselona"dan ayrıldıqdan sonra 2022-ci ildə "Şarja"ya keçmişdi. Ötən mövsüm yarımmüdafiəçi 34 oyuna çıxıb, 11 qol ötürməsi verib.