Toni Kroos da Avropa çempionatlarının tarixinə düşdü

 14:19 24.06.2024     231

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos Avropa çempionatlarının tarixinə düşüb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ölkəsində təşkil olunan Avropa çempionatında meydana çıxdığı oyunlarda ümumilikdə 324 dəqiq ötürmə etməklə öz rekordunu yeniləyib.

T.Kroos 2016-cı ildə keçirilən Avropa çempionatında 323 dəqiq ötürmə ilə rekord qırmışdı. Bu göstəricidə 3-cü yerin sahibi isə İspaniya millisinin keşmiş üzvü Xavidir. O, 2012-ci ildə keçirilən Avropa çempionatında 317 dəqiq ötürmə ilə yadda qalmışdı.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-nə qədər davam edəcək. A qrupunda yer alan Almaniya millisi 1/8 finala vəsiqə qazanıb.