Mbappe Avro-2024-ün növbəti matçında oynaya biləcək?
Fransa millisinin hücumçusu Kilian Mbappe Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Polşa ilə oyunda iştirak edə biləcək.
Redaktor.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
bappenin Polşa ilə oyunda iştirakı üçün fransız üçrəngli rəngdə xüsusi qoruyucu maska hazırlanıb. Lakin UEFA qaydalarına əsasən, futbolçular yalnız bir rəngli maskadan istifadə edə bilərlər. Bu səbəbdən 25 yaşlı hücumçu meydana adi qara maska ilə çıxa biləcək.
Xatırladaq ki, Mbappenin burnu Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun Avstriya ilə görüşündə sınıb. Bundan sonra hücumçu üçün xüsusi qoruyucu maska hazırlanıb. Lakin Niderland ilə görüşdə Mbappe ehtiyat oyunçular skamyasında qalıb.