Azərbaycan Klubları Avroliqalarda - Proqnozlar, ehtimallar və nəticə necə olacaq?

 16:11 25.06.2024     236

Bu mövsüm Azərbaycan klublarının Avroliqalardakı rəqibləri püşkatma nəticəsində bəlli olub. Belə ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki “Hamrun” və “Linkoln” cütünün qalibi ilə qarşılaşacaq. “Zirə” rəqibi Moldova “Şeri”i olacaq. “Sabah” Makkabi “Hayaf”sı, “Sumqayıt” isə, İsveçrənin “Nyon” klubu ilə qarşılaşacaq.

Bəs görəsən, Azərbaycan təmsilçiləri adıçəkilən rəqiblərə qarşı necə oyun sərgiləyə bilər? Onların növbəti mərhələ keçməsi ehtimalı nə qədər yüksəkdir?

Bununla bağlı Redaktor.az-a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, Azərbaycan futbolunu analiz etdikdə belə bir yanaşmanı görə bilərik: “Qarabağ” və digərləri:

““Qarabağ” artıq Avropa futbolunda söz sahibi olan komandalardan biridir. Bir mənalı şəkildə Avropada istənilən komanda “Qarabağ” ilə qarşılaşmağı arzulamır. Püşatmanın nəticələri haqqıda onu demək olar ki, klub heç də bütün Avrokubok mövsümlərində uğurlu start vermir. Komanda hazırlıqdan gəlir və tədricən oyun keyfiyyətlərini artırır.

Buna baxmayaraq güman edirəm ki, “Qarabağ” birinci mərhələni rahatlıqla keçəcək və Konfrans Liqasında yerimiz təmin olunacaq. Amma “Qarabağ”ın hədəfi Konfrans Liqası yox, Çempionlar Liqasıdır. Çünki ötən mövsümdə qazanılan uğurdan sonra hədəf ən azı Avro Liqanın qrup mərhələsində oynamaqdır. Hesab edirəm ki, bu mövsüm “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynamaq iqtidarındadır.

Digər komandalarımıza nəzər salaq, yerlə göy qədər fərqin olduğunu görərik. Bu klublar Avropada hansı komandalar qarşılaşırsa, qarşı tərəf sevinir. Düzdür, Macarıstanın “Fehervar” klubu “Ferentsvaroş” deyil, “Şerif”əvvəlki komanda deyil. Amma “Şerif” “Zirə” üçün çox güclü rəqibdir. Eləcə də, “Sabah”, “Sumqayıt” çox zəif komandalardır.

Hətta bu klublar Avropada ortabab səviyyəli komandalar ilə görüşdə də autsayder sayılırlar. Lakin Azərbaycan klubları onlar üçün rahat yemdir. Bunun səbəini araşdırmaq lazımdır ki, niyə “Qarabağ”ın oyun imkanları var, digərlərində yoxdur. Qurban Qurbanov Azərbaycan futbolundan getsə, heç “Qarabağ” da olmayacaq. Rəşad Sadıqov neçə ildir “Zirə”nin başındadır, hanı yetişdiridiyi  komanda? “Şerif”i rahatlıqla keçməlidir, amma keçə biləcəkmi? Buna güman yoxdur. Güclü komandalar “Nant”, “Olimpiakos”, “Ferentsvaroş”, “Bayer”dir ki, “Qarabağ” bunları çox asan üstələyə bilib. “Şerif” bizə çətin gəlməməlidir, amma “Zirə” ilə üzləşdiyinə görə, güclü rəqibdir”.

Jurnalist Azərbaycan futbolunun gələcəyi ilə bağlı məqamlara da toxunub. O, bu sahədə olan bir neçə problemin mövcudluğundan söz açıb:

“Sual yaranır: niyə “Zirə”, “Sabah”, “Sumqayıt” inkişaf etməyib? Hanı xərclənən pullar? Təkcə “Qarabağ” ilə təsəlli tapmamalıyıq. Sabah indiki “Qarabağ” olmaya bilər. Ona görə də hamı kimi mən də pessimistəm. Bu klubların hansısa mərhələ adlayacağına inanmıram. İdarəetmədə sistem dəyişməlidir, təəssüf ki, dəyişmir. AFFA-da gələn gedənin səhvini təkrarlayır. Niyə uşaqlarımızın boğazından kəsib əcnəbilərə verməliyik? Uşaq futbolu bu gün bərbad vəziyyətdədir. Bu sahəyə qəpik də ayrılmır. Bax bu cinayətdir. Cinayəti hamı görür, amma heç bir tədbir görülmür. Elə buna görə deyilir ki, Azərbaycanda futbol yoxdur.

“Sabah” və “Sumqayıt”ın heyətində böyük çatışmazlıqlar var. Bu komandalar Azərbaycan Çempionatında sabit oyun sərgiləyir. Hücum xəttində ciddi problemlər var. Müdafiə olunmaq ilə mərhələ keçmək olmaz. Rəqibin gücünü nəzərə alsaq, yenə də “Zirə”nin nəsə etmək ehtimalı var. Ümumiyyətlə rəqiblərin içində ən içində ən ciddi rəqib “Makkabi”sayılır. Lakin müharibə ilə bağlı İsrailin idman sahəsində eniş yaşanır. Bu fürsətlərdən yararlanmaq lazımdır.

Ötən mövsüm “Sabah” gözlədiyimizdən artığını verməli idi. Çünki “Partizan” keçiləsi rəqib idi. Amma komandanın qeyri-sabit oyunu, Murad Musayevin aşırı qorxaq futbolu serblərə üstünlük verdi. Bundan sonra heyətdə xeyli dəyişikliklər oldu. Problem ondadır ki, maliyyə azalmır, amma maliyyə artdıqca klubların səviyyəsi aşağı düşür. Sual budu ki, niyə vəziyyət belədir? Niyə komandalar altı aydan bir on əcnəbi göndərib, on əcnəbi alırlar. Burada istedadlı dələduzların maxinaziya iyi var”.

Yusif SƏMƏDZADƏ