"Qarabağ" rəsmisindən Şahruddin Məhəmmədəliyevin geri qayıtması barədə AÇIQLAMA
Bizim Şahruddin Məhəmmədəliyevlə transfer məsələləri barədə görüşümüz olmayıb.
Redaktor.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Qarabağ”ın direktoru Əmrah Çəlikəl Azərbaycan millisinin qapıçısının Ağdam klubuna mümkün qayıdışına münasibət bildirərkən deyib.
Təcrübəli funksioner oyunçunun keçidi ilə bağlı xəbərləri yalnız mediadan oxuduğunu söyləyib.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016 - 2023-cü illərdə "Qarabağ"ın formasını geyinib. Mətbuatda qolkiperin Türkiyənin "Adana Dəmirspor" klubu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyi yazılıb.