"Zirə" ikinci yoxlama oyununda qalib gəldi

 23:36 25.06.2024     249

"Zirə" klubu Türkiyənin Bolu çəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyununda qalib gəlib.

Redaktor.az xəbər verir ki, təmsilçimiz Rumıniyanın "Hermanştadt" klubu ilə qarşılaşıb.

Görüş Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Zirə" ilk yoxlama matçında "Orenburq"a (Rusiya) məğlub olub - 1:2.