"Zirə" və"Şerif" arasında keçiriləcək cavab matçının hakimləri BƏLLİ OLDU

 15:10 26.06.2024     311

Avropa Liqasının I turununun görüşləri çərçivəsində "Şerif"lə (Moldova) qarşılaşacaq "Zirə"nin cavab oyununun hakimiləri də açıqlandı.

Redaktor.az xəbər verir ki, Bakıda baş tutacaq cavab matçını qazaxıstanlı Bulat Sariyev idarə edəcək.

Referiyə Denis Labaşov və Yuri Tixonyuk köməkçi hakim qismində yardımçı olacaq.

Dördüncü hakim funksiyasını isə Aidin Tassibayev yerinə yetirəcək.

Qeyd edək ki, Moldovada baş tutacaq ilk oyuna isveçrəli Alessandro Dudiç təyinat alıb.

"Şerif" və "Zirə" arasında keçiriləcək ilk görüş iyulun 11-i, saat 21:00-da, “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə 1 həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00 da səslənəcək.