İki güləşçimiz erməniləri məğlub edib Avropa çempionu oldular

 22:16 26.06.2024     343

Azərbaycanın iki güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, onların hər ikisi finalda erməni rəqiblərinə qalib gəlib.

Həlledici görüşlərdə Turan Daşdəmirov (51 kiloqram) Yurik Mxitaryana tam üstünlüklə (8:0), Ayxan Cavadov (60 kiloqram) isə Aleks Marqaryanı 9:4 hesabı ilə məğlub edərək qitə çempionu olublar. Bu, T.Daşdəmirovun 2-ci Avropa çempionluğudur.

Nicat İsgəndərli (45 kiloqram) və Yusif Əhmədli isə finalda uduzaraq, gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, ötən gün Azərbaycan təmsilçilərindən Əmrah Əmrahov gümüş, Əli Nəzərov (55 kiloqram), Orxan Hacıyev (80 kiloqram) və Mikayıl İsmayılov (110 kiloqram) isə bürünc medala sahib çıxıblar.