Slovakiya - Rumıniya matçının ən yaxşı futbolçusu açıqlandı

 22:56 26.06.2024     334

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Slovakiya - Rumıniya matçının (1:1) ən yaxşı futbolçusu müəyyənləşib.

Redaktor.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, slovakiyalı yarımmüdafiəçi Stanislav Lobotka qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

90 dəqiqə meydanda olan 30 yaşlı futbolçu qarşılaşmanı yüksək səviyyədə keçirib.

Vumart və Güvən reklamı Vumart Güvən