Futbol meydançası çökdü - VİDEO

 10:55 28.06.2024     177

ABŞ-də İllinoys” futbol stadionunun meydançası çöküb. 

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb. 

Futbol meydançasının ortasında yaranan çuxurun eni təxminən 30 metr, dərinliyi isə 9 metr olub. 

Stadion rəhbərliyi çuxurun yeraltı mədənin çökməsi nəticəsində baş verdiyini ehtimal etdiklərini bildirib. 

Çökmə anının görüntülərini təqdim edirik: