"Real"ın hücumçusu Qətər klubuna keçdi

 22:56 28.06.2024     226

İspaniyanın "Real" (Madrid) komandasının hücumçusu Xoselu Qətərin "Al-Qarafa" klubuna keçib.

Redaktor.az qətərlilərin mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Bu transfer "Al-Qarafa" kollektivinə 1,5 milyon avroya başa gəlib.

Qeyd edək ki, "Real"ın heyətində 49 oyun keçirən Xoselu 17 qol vurub.