"Qarabağ"da çalışan şəxs "Neftçi"dən təklif aldı

 17:11 29.06.2024     474

“Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlak mayın əvvəlində qayıtdığı “Hatayspor”dan növbəti dəfə ayrılmaq üzrədir.

Redaktor.az xəbər verir ki, türkiyəli funksioner idman direktoru postundan istefa vermək niyyətində olması barədə Super Liqa klubunun rəhbərliyini məlumatlandırıb.

O, buna səbəb kimi Azərbaycandan daha sərfəli və perspektivli təklif almasını göstərib. Belə ehtimal var ki, ona dəvət göndərən klub “Neftçi“dir.

Vaxtilə “Qarabağ“da Qurban Qurbanovun köməkçisi olmuş, 2013-2014-cü il aralığında “Qəbələ“ni çalışdırmış Kavlak mayın 5-də idman direktoru vəzifəsinə təyin edilib.