"Real"dan sonra heç bir Avropa klubuna keçməyəcəyəm, söz verirəm"

 19:49 29.06.2024     222

İspaniya millisinin  və "Real"ın sağ cinah müdafiəçisi Daniel Karvaxal gələcəyi ilə bağlı danışıb.

Redaktor.az xəbər verir ki, o, gələcəkdə Madrid təmsilçisindən başqa heç bir Avropa klubunda oynamayacağını söyləyib: "Klubdan ayrılma növbəsi mənə çatan gün mövqeyimə və yaşıma uyğun olaraq vəziyyəti qiymətləndirəcəyəm... amma "Real"dan sonra heç bir Avropa klubuna getməyəcəyəm, sizə zəmanət verirəm".

Xatırladaq ki, ötən klub mövsümündə Karvaxal bütün turnirlərdə 43 matçda iştirak edib, 7 qol vurub, 5 qolun ötürməsini edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.