İtaliya millisi Avro-2024-də mübarizəni dayandırdı

 22:21 29.06.2024     226

Bu gün Avro-2024-də 1/8 final mərhələsinə start verilib.

Redaktor.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 görüşdən 1-i başa çatıb.

İlk matçda İsveçrə və İtaliya milliləri üz-üzə gəlib. Oyun İsveçrə millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da İsveçrə 1/4 finala adlayıb.

Günün digər matçında isə Almaniya Danimarka ilə qarşılaşacaq. Bu oyunun start fiti isə saat 23:00-da veriləcək.

29 iyun

Avro-2024

1/8 final

20:00. İsveçrə - İtaliya - 2:0

Qollar: Freyler, 37, Varqas, 46

Baş hakim: Şimon Marçinyak (Polşa).

Berlin, Olimpiya stadionu.

23:00. Almaniya - Danimarka

Baş hakim: Maykl Oliver (İngiltərə).

Dortmund, "Siqnal İduna Park" stadionu