Messi 14 ildən sonra ilk dəfə böyük turnirlərin qrup mərhələsində qol vura bilməyib

 16:10 30.06.2024     292

Argentina millisinin hücumçusu Lionel Messi böyük turnirlərin qrup mərhələsində 14 ildən sonra ilk dəfə qol vura bilməyib.

Redaktor.az “OneFootball”a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Amerika Kubokunun A qrupunda Kanada (2:0) və Çili (1:0) ilə oyunlarda meydana çıxıb.

O, bu qarşılşamaların heç birində rəqib qapılarına yol tapa bilməyib. L.Messi Peru ilə matçda zədə səbəbindən meydana çıxa bilməyib. Buna baxmayaraq onun komandası 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, futbolçu 2010-cu ildə təşkil olunan dünya çempionatından sonra ilk dəfə olaraq böyük turnirin qrup mərhələsində millinin heyətində qol vura bilməyib. Argentina yığması Amerika Kubokunda 1/4 finalda mübarizə aparmaq hüququ qazanıb.