İspaniya millisinin baş məşqçisi: Futbolçularımdan hücum üçün...

 09:17 01.07.2024     202

Futbolçularımdan hücum üçün doğru anları axtarmalarını istədim.

Redaktor.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki. bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin Gürcüstanla oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis futbolçulara narahat olmamalarını tapşırdığını söyləyib: "Fasilədə mesajım ilk hissədə dediyim sözlər idi. Narahatlıq, stressli qərarlar olmamalıdır. Qol vurmayanda narahatlığın artığını gördüm. Bu isə gərginliyə səbəb ola bilərdi. Ona görə də bunu ağıllarından çıxarmalarını istədim".

Qeyd edək ki, İspaniya - Gürcüstan matçında birincilər 4:1 hesablı qələbə qazanıb.