İspaniyalı futbolçulara veriləcək mükafatın məbləği BİLİNDİ

 10:23 01.07.2024     218

Almaniyada keçirilən AVRO-2024-ün 1/4 finalına yüksələn İspaniya millisinin futbolçularına veriləcək mükafatın məbləği bəlli olub.

Redaktor.az COPE-yə istinadən xəbər verir ki, hər bir oyunçu 190 min avro alacaq.

Xatırladaq ki, İspaniya millisi 1/8 finalda Gürcüstanı 4:1 hesabı ilə məğlub edib.
Pireneylilər iyulun 5-də 1/4 finalda Almaniya ilə qarşılaşacaqlar.