Mbappe çətinliklərdən danışdı
Burnu sındırılan Kilian Mbappe üzündə maska ilə oynamağı çox dəhşətli hiss olduğunu ifadə edib.
Redaktor.az “RMC Sport”a istinadla xəbər verir ki, bu barədə hücumçu sözügedən çətinliklərdən danışarkən bildirib:
“Maskanı dəyişdim, çünki hər dəfə nəsə səhv gedirdi. Çətindir, maska görməni məhdudlaşdırır, oynayanda tər yığılır. Tərin boşalmasına imkan vermək üçün maskanı çıxarmaq lazımdır. Ümid edirəm ki, maskanı ən qısa zamanda çıxarmaq imkanı olacaq”.
Qeyd olunur ki, Mbappe futbol üzrə Avropa Çempinatının qrup mərhələsində Avstriya ilə ilk görüşdə burnu sınıb. Əvvəlcə futbolçunun əməliyyata ehtiyacı olacağı barədə məlumatlar olsa da, bunun qarşısı alınıb.
Yusif SƏMƏDZADƏ