Mişi Batşuayinin "Qalatasaray"a keçidi rəsmiləşdi

 21:15 01.07.2024     240

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mişi Batşuayi "Qalatasaray"a keçib.

Redaktor.az xəbər verir ki, bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

30 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 2021/2022 mövsümündə icarə əsasında "Beşiktaş"ın formasını geyinən oyunçu 2022-ci ildən "Fənərbağça"nın uğurları üçün çalışıb.