İbrahimoviçlə yeni müqavilə imzalandı
"Bavariya" yarımmüdafiəçisi Ariyon İbrahimoviçlə müqaviləni uzadıb.
Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
18 yaşlı futbolçunun yeni sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, kosovo əsilli almaniyalı oyunçu ötən mövsüm icarə əsasında “Frozinone”də çıxış edib və 18 matçda 2 qol vurub.