100 milyonluq böhran -  Mbappe tələb irəli sürdü

 17:00 03.07.2024     220

7 il forma geyindiyi PSJ-dən ayrılaraq “Real Madrid”ə transfer olan Kilian Mbappe ilə keçmiş klubu arasında gərginlik davam edir.

Redaktor.az xəbər verir ki, təfərlər arasında məvacib məsələsinə görə böhran yaşanır. Məlumata görə, PSJ yeni müqaviləni rədd edən Mbappenin məvacibini ödəməyib. Bildirilir ki, Mbappe müqaviləsinin son 5 ayının məvacibini və bonuslarını ala bilməyib. Fransız klubunun ulduza ödəmədiyi pulun məbləğinin 100 milyon avroya çatdığı bildirilir. Mbappenin bu pulu PSJ klubundan tələb etdiyi irəli sürülür.

PSJ karyerasında 308 matça çıxan Mbappe 256 qol vurub, 108 məhsuldar ötürmə edib.