“Spartak” Türkiyə millisinin futbolçusunu almaq istəyir
Futbol agenti German Tkaçenko Moskva “Spartak”ın “Qalatasaray” və Türkiyə millisinin futbolçusu Kərəm Aktürkoğlunu almaq istədiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki,bu barədə o, "YouTube"da “Comment.Show” kanalında danışıb.
Agentin sözlərinə görə, “Spartak”ın 50-70 milyon avroluq böyük transfer büdcəsi var.
“İndi hər şeyi inkar edəcəklər, ancaq mən bilirəm. Spartakın pulu var. Bəlkə iki pəncərə üçün bir büdcədir, amma var. Bütün liqaya güclü “Spartak” lazımdır”, – Tkaçenko bildirib.
Xatırladaq ki, ötən mövsüm Türkiyə çempionatında 37 oyun keçirən Aktürkoğlu 12 qol vurub, 6 məhsuldar ötürmə edib. Cari Avropa çempionatında yarımmüdafiəçi dörd oyun keçirib və bir qol vurub.
Sultan AYXAN