"Qalatasaray" onunla müqavilə müddətini uzatdı

 19:48 03.07.2024     232

Türkiyə Superliqasında 2024/2025 mövsümü öncəsi hazırlıqlarını davam etdirən "Qalatasaray" klubu Dris Mertenslə müqavilə müddətini uzadıb.

Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-qırmızılar" 37 yaşlı oyunçu ilə 1 illik sözləşmə imzalayıblar.

Qeyd edək ki, belçikalı hücumçu 1 il müddətində 2 milyon 900 min avro qazanc əldə edəcək.