"Mançester Yunayted" 250 əməkdaşını işdən çıxarır

 22:12 03.07.2024     325

"Mançester Yunayted" 250 əməkdaşını (ümumi işçilərin demək olar ki, 1/4-ni) ixtisar etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. Klub 2024/25 mövsümünün başlamasına qədər ciddi azalma etmək niyyətindədir. Hələ may ayında klubun qeyri-futbolçu heyətinə əslində öz istəkləri ilə istefa vermələri təklif olunub.

"Mançester Yunayted"in əsas səhmdarı olaraq qalan Qleyzer ailəsi biznes və futbol əməliyyatlarına nəzarəti İNEOS şirkətinə təhvil verib. Bildirilir ki, bu, Qleyzer ailəsinin klubun ortaq sahibi Ser Cim Ratkliffə və onun komandasına olan inamını göstərir.

Yuxarıda qeyd olunan ixtisarlar klubun bütün departamentlərinə təsir edəcək, lakin xeyriyyə təşkilatı olan "Mançester Yunayted"in fondunun əməkdaşlarını əhatə etməyəcək.