"Bunlar timsah göz yaşları idi" - Ronaldoya qarşı sərt TƏNQİD

 23:14 03.07.2024     277

1987-ci ilin Qızıl topunun qalibi və Hollandiya millisinin keçmiş oyunçusu Ruud Qullit Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun Avro 2024-ün 1/8 finalında Sloveniya ilə matçda çıxışını tənqid edib.

Bu barədə Redaktor.az lenta.ru-ya istinadən xəbər verir.

Keçmiş futbolçunun sözlərinə görə, portuqaliyalıların cərimə zərbələrini daha yaxşı yerinə yetirə bilən oyunçuları var.

“Ancaq o, bunu boşa verdi, penaltini əldən verdi və sonra ağladı. Bunlar timsah göz yaşları idi. Özünə icazə verməyə başladığı şey qəbuledilməzdir”, - deyə Qullit bildirib.

Yusif EYVAZLI