"Real"ın futbolçusu "Napoli"yə keçdi

 19:00 04.07.2024     257

“Real”ın müdafiəçisi Rafa Marin “Napoli”yə keçib.

Redaktor.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klublar arasında transferlə bağlı razılıq əldə olunub. Müqaviləyə Marinin geri alınması variantı da salınacaq.

Qeyd edək ki, ispaniyalı mərkəz müdafiəçisi ötən mövsümü icarə əsasında “Alaves”də keçirib. O, bu komandanın heyətində 35 oyunda iştirak edib.