Demiralın cəzalandırılması ilə bağlı xəbər həqiqəti əks etdirmir - YENİLƏNİB
UEFA tərəfindən Merih Demiralın 2 oyunluq cəza almasına dair xəbərlər həqiqəti əks etdirmir.
Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
UEFA-nın sözügedən məsələ ilə bağlı araşdırması davam edir.
***
Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın cəzası açıqlanıb.
Redaktor.az "Bild"ə istinadən xəbər verir ki, 26 yaşlı 2 oyunluq diskvalifikasiya olunub.
UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı.
Qeyd edək ki, "ay-ulduzlular" iyulun 6-sı, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.