"Arsenal" icarə əsasında çıxış edən futbolçunu transfer etdi

 23:37 04.07.2024     164

Ötən mövsümü icarə əsasında İngiltərə təmsilçisi "Arsenal"da keçirən qapıçı David Raya London klubuna transfer olunub.

Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə əsasında "Brentford" (İngiltərə) kollektivinə məxsus olan qolkiper ilə "Arsenal" arasında uzunmüddətli sözləşmə imzalanb.

Bu keçid "qırmızı-ağlar"a 31,9 milyon avroya başa gəlib.

Qeyd edək ki, D.Raya "Arsenal"ın heyətində bu günə qədər 41 oyunda çərçivəni qoruyub və 20 matçda qapısını toxunulmaz saxlayıb. O, 2023-cü ildə İngiltərə Premyer Liqasının ən yaxşı qapıçısı adına layiq görülüb.