“Neftçi” işçilərinin yeməyini kəsdi - FOTO

 09:18 05.07.2024     283

“Neftçi” futbol klubu əməkdaşlarını yeməklə təmin etməyi dayandırır.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yayılan məlumata görə, bununla bağlı artıq klub çalışanlarına bildiriş də göndərilib.

Bildirişdə işçilərin 8 iyul tarixindən yeməklə təmin edilməyəcəyi qeyd edilib.

Klubun bu addımı sosial şəbəkələrdə, xüsusən də azarkeş qruplarında birmənalı qarşılanmayıb.