Miodraq Bojoviçin yeni iş yeri bilindi

 20:04 05.07.2024     310

"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviçin yeni iş yeri müəyyənləşib.

Redaktor.az xəbər verir ki, o,  İran "İstiqlal"ının (Xuzistan) baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İstiqlal" ötən mövsüm İran çempionatında 14-cü yeri tutub.

Qeyd edək ki, 56 yaşlı  mütəxəssis 2023/24 mövsümündə "Neftçi"ni çalışdırıb.