"Yuventus" qapıçı aldı

 22:04 05.07.2024     181

"Yuventus" "Monza"nın qapıçısı Mişel Di Qreqorionu transfer edib.

Redaktor.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin saytı məlumat yayıb. İlk açıqlamada müqavilənin detalları açıqlanmayıb.

İnsayder Fabrizio Romano "Yuventus"un bu transfer üçün 2 milyonu bonus olmaqla təxminən 20 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, 26 yaşlı qolkiper  ötən mövsüm A Seriyasının ən yaxşı qapıçısı seçilib. İtaliyalı futbolçu həm də ən çox seyv edib - 33 matçda 127.