Morata "Milan"la razılığa gəldi

 20:18 06.07.2024     284

"Atletiko"nun futbolçusu Alvaro Morata karyerasını "Milan"da davam etdirməyə yaxındır.

Redaktor.az “Sky Sports Italia”ya istinadən xəbər verir ki, 31 yaşlı hücumçu İtaliya təmsilçisi ilə razılığa gəlib. "Milan"ın ispaniyalı oyunçu üçün 13 milyon avro təzminat məbləği ödəməyə hazır olduğu vurğulanıb.  

Futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. 

Alvaro Morata ötən mövsüm "Atletiko"nun heyətində 48 oyuna çıxıb, 21 qol vurub və 5 qolun ötürməsini verib.