Daha bir komanda yarımfinalda! - AVRO-2024

 01:10 07.07.2024     413

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində Niderland və Türkiyə yığmaları üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, görüş Niderland yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Niderland millisinin qollarını Stefan De Vray və Kodi Qakpo vurublar. Türkiyənin yeganə qoluna isə Samət Akaydın imza atıb.

Bununla da Niderland yarımfinala vəsiqə qazanıb və İngiltərə seçməsinə rəqib olub.