“Liverpul”un sabiq futbolçusu karyerasını başa vurdu

 19:25 07.07.2024     355

İspaniyanın yığması və “Liverpul”un sabiq yarımmüdafiəçisi Tiaqo Alkantara karyerasını başa vurmaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə italiyalı futbol insayderi Fabritsio Romano sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, 33 yaşlı ispaniyalının futbolda başqa rolda təmsil olunacaq.

Daha öncə mətbuatda idmançının Hans-Diter Flikin “Barselona”dakı məşqçilər korpusuna keçə biləcəyi barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Tiaqo Alkantaranın sonuncu klubu 2020-ci ildən çıxış etdiyi İngiltərənin “Liverpul”u olub. Ötən mövsümü zədədən dolayı, demək olar, buraxmalı olan futbolçu dörd il ərzində “qırmızılar”ın heyətində ümumilikdə 98 dəfə oyuna çıxıb və üç dəfə qolla, həmçinin altı məhsuldar ötürmə ilə fərqlənib. Daha əvvəl oyunçu Almaniyanın “Bavariya”sı və yetirməsi olduğu İspaniyanın “Barselona”sında forma geyinib. Futbolçu hər iki klubunda heyətində Çempionlar Liqasının qalibi olub.