Güləşçilərimiz Avropa çempionatında 4 medal qazandılar

 22:26 07.07.2024     276

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.

Redaktor.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Camal Abbasov (57 kq) finalda rusiyalı Andrey Midlovetslə qarşılaşıb. Həmyerlimiz ilk hissəni minimal fərqlə öndə tamamlasa da, ikinci hissədə fiziki göstəriciləriylə seçilən rəqib daha yaxşı güləşib. Yekunda 1:6 hesabıyla məğlub olan Camal gümüş medalla kifayətlənib.

Sadiq Mustafazadə (86 kq) finalda rusiyalı İbrahim Kadiyevlə güləşib. Milli üzvü güclü rəqibinə 1:9 hesabıyla məğlub olub və yarışı ikinci pillədə başa vurub.

Anar Cəfərli (97 kq) finalda rusiyalı Mustafaqadji Malaxdibirovla üz-üzə gəlib. Görüşə Anar yaxşı başlasa da, rəqibin silsiləvi “xaç” fəndindən xilas ola bilməyib. Belədə Anar da gümüş medalı boyundan asıb.

Yusif Dursunov (125 kq) təsəlliverici görüşdə italiyalı Martino Pilieroya “tuş”la qalib gəlib. Həmyerlimiz bürünc medal uğrunda ukraynalı İvan Miroşniçenkoyla gərgin mübarizədə sevinən tərəf olub – 3:2. Beləliklə, Dursunov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.