Bu ölkənin futbolçuları itkin DÜŞDÜLƏR

 10:08 08.07.2024     285

Mərakeşin "İttihad Tanjer" klubunda çıxış edən iki futbolçusu Mdik şəhərində itkin düşüb.

Redaktor.az Myfootbal.top-a istinadla xəbər verir ki, onlar yaxtada gəzinti zamanı bədbəxt hadisə ilə üzləşiblər.

5 futbolçu - Usama Alfa, Suleyman Dadu, Abdelhamid Maali, Salman Harrak və Abdellatif Ahrif bir gün əvvəl Mdik şəhərində yaxta kirayələyərək dəniz gəzintisinə çıxıb.

Onlar üzmək üçün suya tullandıqdan sonra güclü külək gəmini uzağa aparıb. Nəticədə futbolçular yaxtaya çata bilməyiblər.

İtkin düşən oyunçulardan 3-nü xilas etmək mümkün olsa da, Harrak və Ahrif haqqında heç bir məlumat yoxdur.