Məşhur futbolçu "Fənərbaxça"nı tərk ETDİ

 14:02 08.07.2024     421

"Fənərbaxça"nın yeni mövsüm planında Sərdar Əziz yer almayacaq.

Redaktor.az xəbər verir ki, bu bu barədə "Fənərbaxça"nın açıqlamasında deyilir:

"2018-2019 mövsümündən formanımızı geyinən Serdar Əziz baş məşqçimiz Joze Mourinyo ilə görüşdükdən sonra düşərgəni tərk edib. Futbolçuya transfer danışıqları üçün icazə verilib. İctimaiyyətin nəzərinə çatdırırıq ki, futbolçu komandamızın yeni mövsüm planında iştirak etməyəcək".

Sevinc İBRAHİMZADƏ