Niderland - İngiltərə matçı almanlara tapşırıldı

 19:24 08.07.2024     391

AÇ-2024-ün yarımfinalında keçiriləcək Niderland - İngiltərə oyununun hakimləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, matçı Almaniya Futbol Federasiyasından Feliks Zvayer idarə edəcək. Ona həmyerliləri Ştefan Lyupp və Marko Axmüller yardım edəcək. Dördüncü hakim funksiyasını isə Daniel Siebert yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 10-u keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.