Millimiz ilk matçına ÇIXACAQ

 11:05 09.07.2024     282

Azərbaycanın 16 yaşadək qız və oğlanlardan ibarət basketbol milliləri bu gün Avropa çempionatının C divizionunda ilk matçlarına çıxacaqlar.

Redaktor.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi, A qrupunda yer alan qızlardan ibarət yığma Ermənistan komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Milli növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.

Tahir Baxşıyevin baş məşqçisi olduğu, A qrupunda mübarizə aparan 16 yaşadək oğlanlardan ibarət yığma isə ilk görüşdə Albaniya ilə qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Milli növbəti oyunlarını iyulun 10-da Moldova, 11-də Malta komandalarına qarşı keçirəcək.

Qeyd edək ki, qızların yarışına Cəbəllütariq, oğlanların turnirinə isə Albaniya ev sahibliyi edir.