Messi Argentina millisini finala apardı

 09:00 10.07.2024     498

ABŞ-də təşkil olunan Amerika Kubokunda ilk finalçı müəyyənləşib.

Redaktor.az xəbər verir ki, yarımfinalda Kanada ilə qarşılaşan Argentina millisi 2:0 hesablı qələbə qazanıb.

Qolları Xulian Alvares (22) və Lionel Messi (51) vurub.

Qeyd edək ki, yarımfinalın digər matçı Uruqvay və Kolumbiya komandaları arasında baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən