Mbappe yaxşı oynamadığını ETİRAF ETDİ
Fransalı hücumçu Kilian Mbappe Avro-2024-dəki çıxışını dəyərləndirib.
Redaktor.az xəbər verir ki, onun sözlərini "X" sosial şəbəkəsində jurnalist Fabrizio Romano sitat gətirib.
Mbappe yaxşı oynamadığını və Avropa çempionatının uğursuz başa çatdığını bildirib.
“Avropa çempionu olmaq istəyirdim. İndi tətilə gedəcəyəm və yaxşı dincələcəyəm, bunun mənə çox faydası olacaq, sonra yeni həyata başlamağa hazırlaşacağam. Hələ görüləsi çox iş var”, - hücumçu əlavə edib.
Qeyd edək ki, Fransa AVRO-2024-ün yarımfinalında İspaniyaya uduzub. Görüş 1:2 hesabı ilə başa çatıb.
Sevinc İBRAHİMZADƏ