Prezident III MDB Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam İMZALADI

 17:35 10.07.2024     847

Prezidenti İlham Əliyev 2025-ci ilin oktyabrında Azərbaycanda III MDB Oyunlarının keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, təşkilat Komitəsinin sədri vəzifəsinə gənclər və idman naziri təyin edilib.

Bundan başqa, Sərəncama əsasən, təşkilat komitəsinə fövqəladə hallar nazirinin, maliyyə nazirinin, mədəniyyət nazirinin, iqtisadiyyat nazirinin, daxili işlər nazirinin, rəqəmsal inkişaf və nəqliyyat nazirinin, elm və təhsil nazirinin, xarici işlər nazirinin, gənclər və idman nazirinin, səhiyyə nazirinin, Dövlət Gömrük Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Dövlət Miqrasiya Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin, Dövlət Turizm Agentliyi sədrinin müavinləri tətin ediliblər.

Təşkilat komitəsində həmçinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini, Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi baş direktorunun müavini, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “CBC Sport” televiziya kanalının baş direktoru təmsil olunacaqlar.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini

Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini.