“Fənərbaxça”nın keçmiş direktoru həbs edildi
“Fənərbaxça”nın keçmiş idman direktoru və "Tuluza" klubunun prezidenti Damien Komolli Fransada davam edən “saxta menecer” istintaqı çərçivəsində həbs edilib.
Redaktor.az xəbər verir ki, 4 ildir Fransanın "Tuluza" klubunun prezidenti olan Komollinin 2 mövsüm əvvəl PSJ-ni çalışdıran Kristof Qaltyenin övladlığa götürdüyü Con Valovic-Galtier ilə eyni istintaq çərçivəsində həbs edildiyi bildirilib.
Bildirilib ki, keçən yay PSJ-nin keçmiş meneceri Kristofun digər oğlu Cordan Qaltyer "Tuluza"da Karles Martinez Novellin köməkçi məşqçisi təyin edilib. İddialara görə, "Tuluza" prezidenti Komolli müqavilənin bir hissəsi kimi saxta menecer Con Valovic-Galtier-i də daxil edib.
Hazırda davam edən istintaq çərçivəsində 9 nəfər saxlanılır. Komollinin məhkəməsinin bu ay başlayacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ilin yayında "Fənərbağça"ya gələn Komolli 1,5 il idman direktoru vəzifəsində çalışıb. Ali Koç Komolli prezident seçildikdən sonra kluba gətirib. Komolli 2020-ci ilin iyulunda "Tuluza" prezidenti olub.
Sevinc İBRAHİMZADƏ