"Qalatasaray" - "Beşiktaş" matçının keçiriləcəyi tarix və məkanı açıqlandı

 20:59 11.07.2024     476

"Qalatasaray" və "Beşiktaş" arasında Türkiyə Superkubokunun final matçının keçiriləcəyi tarix və məkan bəlli olub.

Redaktor.az xəbər verir ki, qarşılaşma avqust ayının 3-ü, İstanbuldakı “Atatürk” Olimpiya Stadionunda baş tutacaq.

Matçın start fiti Bakı vaxtı ilə 21:45-də səslənəcək.

Qeyd edək ki, ötən mövsüm "Qalatasaray" Türkiyə Superliqasının qalibi, "Beşiktaş" isə ölkə kubokunun sahibi olub.