Azərbaycanda oyun zamanı məşqçi döyüldü - VIDEO
AFFA U-16 Liqasının yarımfinalı çərçivəsində keçirilən “Zirə”-“Neftçi” matçında qonaq komandanın məşqçisi İsmayıl Məmmədov azarkeşlər tərəfindən döyülüb.
Redaktor.az-a DİN-dən verilən məlumata görə, sözügedən oyununda məşqçinin döyülməsi ilə bağlı polisə hər hansı müraciət daxil olmayıb.
“Tərəfimizdən aidiyyəti üzrə futbol klubu ilə əlaqə saxlanılıb, hadisənin təfərrüatı öyrənilib. Vurğulanıb ki, tərəflər arasında şikayətə səbəb olacaq hadisə baş vermədiyi üçün polisə müraciət edilməyib.
Buna baxmayaraq yayılan görüntülərlə əlaqədar ərazi polis orqanında araşdırma başlayıb. Hadisə iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilir. Araşdırmanın nəticəsi barədə məlumat veriləcəkdir” - DİN-dən bildirilib.