"Qarabağ" türk klubunun qovduğu futbolçunu geri QAYTARIR
“Qarabağ” milli komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevi geri qaytarır.
Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkərlərdə məlumat yayılıb.
Məlumata görə, tərəflər artıq razılığa gəliblər və tezliklə müqavilə imzalanacaq.
Qeyd edək ki, Şahruddin ötən yay 900 min avroya transfer olunduğu "Adana Dəmirspor"dan qovulub.
Türkiyənin Super Liqa klubu qapıçı ilə müqaviləyə birtərəfli qaydada xitam verib.
O, ötən mövsümdə komandası ilə iştirak etdiyi 25 matçda 40 qol buraxıb və 5 matçda qapısını toxunulmaz saxlayıb. (axar.az)